Əlixan Musayev:
Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!
Bünyadov-Məmmədəliyev:
Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!
Elmir Quliyev
:
О мой народ! Наполняйте меру и весы по справедливости, не придерживайте имущество людей и не творите на земле зла, распространяя нечестие.
Ələddin Sultanov:
Ey qövmüm, ölçüdə və çəkidə ədalətə riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzündə fitnə-fəsad törədərək pis işlər görməyin!
Kerbelayi Malik ağa:
Ey qövmüm, ölçü və çəkiyə ədalətlə riayət edin! İnsanların mallarını (haqqlarını) əksik verməyin. Yer üzündə fitnə-fəsad törətməyin.
Ələsgər Musayev:
Ay qoumum, vəfalı olun ölçü və mizana insafla və
insanların əşyalarını əskiltməyin və səy etməyin ərzdə fəsad
etməyə.
A.Mehdiyev və D.Cəfərli:
«Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»
Kövsər Tağıyev:
“Ey qövmüm! Ölçünü və çəkini ədalətlə yerinə yetirin. İnsanların əşyalarını (mallarını və haqlarını) əskiltməyin. Yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq yaratmayın”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım, ölçü və çəkinin düzgünlüyünə tam əməl edin, heç bir şeydə insanların haqqını kəsməyin və yer üzündə fitnə-fəsad törədə- törədə gəzib dolaşmayın!
Sabirə Dünyamalıyeva:
Və ey qövmüm! Ölçərkən və çəkərkən haqqaniyetli olun. İnsanların əşyalarını əskiltməyin və yer üzündə fitnə-fəsad törədənlər olaraq pislik etməyin.