İsra Surəsi 85. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”
Elmir Quliyev :
Они станут спрашивать тебя о духе (душе или Джибриле). Скажи: "Дух от повеления моего Господа, а вам дано знать об этом очень мало".
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Səndən ruh barəsində soruşurlar. De ki: “Ruh yalnız Rəbbimin bildiyi bir işdir. (Bu barədə) sizə çox az məlumat verilmişdir”.
Kerbelayi Malik ağa:
Səndən ruh barəsində soruşarlar. De ki: ‘Ruh Rəbbimin əmrindəndir.’ Sizə (ruha aid) elmdən yalnız az bir şey verildi.
Ələsgər Musayev:
Səndən sual edirlər Ruh haqqında, de: «Ruh Rəbbimin əmrindəndir əta olunub sizə elmdən ancaq az!»
A.Mehdiyev və D.Cəfərli:
Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması yox olması da Onun əmri ilədir) sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir».
Kövsər Tağıyev:
Səndən ruh haqqında soruşurlar. De ki: “Ruh Rəbbimin biləcəyi bir şeydir. Sizə çox az bilik verilmişdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar səndən ruh haqqında soruşarlar. De: "Ruh Rəbbim bilən işdir. Sizə isə bu barədə ancaq azacıq bilik verilmişdir."
Sabirə Dünyamalıyeva:
sənə vəhy haqqında sual verirlər. De ki: "Vəhy, Rəbbimin işidir. Sizə isə cüzi bir məlumatdan başqa bir şey verilməmişdir."