Qəsəs Surəsi 85. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Quranı sənə nazil edib vacib buyuran (Allah) qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Quranı (oxumağı təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi) sənə vacib buyuran (Allah) qayıdacağın yerə (hicrət edərək çıxdığın Məkkəyə) səni yenə qaytaracaqdır. De: “Rəbbim hidayətlə (doğru yolu göstərən rəhbərlə) gələni (yaxud doğru yolda olanı da), haqq yoldan açıq-aşkar azanı da (hamıdan) yaxşı tanıyır!”
Elmir Quliyev :
Тот, кто ниспослал тебе Коран и сделал его предписания обязательными, непременно вернет тебя к месту возвращения Мекку или в Рай). Скажи: "Мой Господь лучше знает, кто принес верное руководство, а кто находится в очевидном заблуждении".
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Şübhəsiz, Quranı (oxumağı təbliğ etməyi) sənə fərz buyuran Allah səni qayıdacağın yerə (Məkkəyə) mütləq qaytaracaqdır. De: “Rəbbim kimin doğru yolu göstərdiyini kimin açıq-aşkar zəlalət içində olduğunu ən yaxşı biləndir”.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Quranı sənə fərz qılan əlbəttə səni dönüləcək yerə döndərəcək olandır. De ki: ‘Kimin hidayət ilə gəldiyini kimin açıq-aşkar dəlalətdə olduğunu Rəbbim daha yaxşı bilir.’
Ələsgər Musayev:
H?qiq?t?n, Odur ki, f?rz etdi s?nin uz?rin? Qur’an?, qaytarar s?ni bir daha oz yerin?. De: «R?bbim bilir kim g?lib hiday?tl? v? kim askar z?lal?td?dir!»
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Şübhəsiz, bu Qur’anı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir».
Kövsər Tağıyev:
Qur`anı sənə vacib buyuran Allah, şübhəsiz, səni qayıdılacaq bir yerə qaytaracaqdır. De ki: “Rəbbim hidayətlə gələni açıq-aşkar zəlalət içində olanı daha yaxşı bilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən Quranın (təbliğini) sənə vəzifə edən (Allah) səni son dönüş yerinə [axirətə] qaytaracaqdır. De: "Rəbbim kimin düz yolla gəldiyini kimin açıq-aşkar yol azmış olduğunu yaxşı bilir."
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Quranı sənə fərz buyuran Allah, əlbəttə səni qayıdacağın yerə qaytaracaqdır. De ki: "Mənim Rəbbim, kimin doğru yola bələdçilik etmək üçün gəldiyini kimin açıq-aşkar bir azğınlıq içində olduğunu daha yaxşı bilir."