Əlixan Musayev:
Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır.
Bünyadov-Məmmədəliyev:
Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir).
Elmir Quliyev
:
Кто будет ходатайствовать хорошим заступничеством, тому оно станет уделом. А кто будет ходатайствовать дурным заступничеством, тому оно станет ношей. Аллах наблюдает за всякой вещью.
Ələddin Sultanov:
Kim yaxşı bir işə vasitəçi olarsa, ona o işdən bir pay düşər. Kim pis bir işə vasitəçi olarsa, ona da o işdən bir pay düşər. Allah hər şeyə gücü yetəndir.
Kerbelayi Malik ağa:
Kim yaxşı bir işə yardım edərsə, ondan (o yaxşılıqdan) onun bir nəsibi olar. Kim pis bir işə (günah işlənməsinə) yardım edərsə, onun da ondan (o şərdən) bir nəsibi (payı) olar. Allah hər şeyin əvəzini verəndir.
Ələsgər Musayev:
Kim şəfa edərsə yaxşı
şəfaətlə, ona ondan nəsib olar. Və kim şəfa edərsə pis şəfaətlə,
ona ondan pay olar. Oldu Allah üzərində külli şeyin Muqit!
A.Mehdiyev və D.Cəfərli:
Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyandır.
Kövsər Tağıyev:
Kim gözəl bir (işdə) vasitəçilik edərsə, ona o işin savabından bir pay var. Kim də pis bir (işdə) vasitəçilik edərsə, ona da o pislikdən bir pay var. Allahın hər şeyə gücü yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim yaxşı bir işə vasitə olursa, bundan onun özünə də bir pay düşür, kim pis bir işə vasitə olarsa, bundan da ona bir pay düşür. Allah hər şeyin əvəzini verəndir.
Sabirə Dünyamalıyeva:
Kim xeyir və yaxşılıqlara vasitəsi olmaqla yardım edərsə, ondan özünə bir pay var. Kim də pisliyə dəlil olmaq və kömək etməklə və ya pislik cığırını açmaqla yardım etsə, ondan özünə bir günah payı var. Allah hər şeyə qadirdir.