Tövbə Surəsi 85. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların malları, övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək onların kafir olaraq canlarının çıxmasını istəyir.
Bünyadov-Məmmədəliyev:
Onların mal-dövləti, oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər.
Elmir Quliyev :
Пусть не восхищают тебя их имущество и дети. Аллах желает только подвергнуть их мучениям имуществом и детьми в этом мире, дабы они расстались со своими душами неверующими.
Ələddin Sultanov:
Onların malları övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək kafir olduqları halda can vermələrini istəyir.
Kerbelayi Malik ağa:
Onların malları övladları səni təəccübləndirməsin. Allah dünya həyatında onlarla (malları övladları ilə) onlara əzab etmək onların nəfslərinin (canlarının) kafir olaraq çıxmasını istəyir.
Ələsgər Musayev:
Onların malı övladı səni təəccübə gətirməsin. Həqiqətən, Allah istəyir ki, onları dünyada bununla əzab etsin canları çıxsın o halda ki, kafirdirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onların malları övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək qorumaq) vasitəsilə əzab vermək canlarının kafir olduqları halda çıxmasını istəyir.
Kövsər Tağıyev:
Onların malları övladları sənə xoş gəlməsin. Allah bunlarla ancaq onlara dünyada əzab verməyi canlarının kafir olaraq çıxmasını istəyir.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy onların mal-dövləti, övladları səni təəccübləndirməsin. Allah istəyir ki, bunlarla bu dünya həyatında onlara əzab versin onların kafir olduqları halda canları çətinliklə çıxsın.
Sabirə Dünyamalıyeva:
Onların malları övladları da səndə qibtə oyandırmasın. Allah, ancaq onları dünyada bunların vasitəsi ilə cəzalandırmaq [istəyir] kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] olduqları halda canlarının çətinliklə çıxmasını istəyir.