Hud Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər möminsinizsə, (bilin )(ki,) Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.
Bünyadov-Məmmədəliyev:
Əgər möminsinizsə, (bilin ki, ölçüdə çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada axirətdə) sizin üçün daha xeyirlidir. Mən sizə nəzarətçi deyiləm!”
Elmir Quliyev :
Оставленное вам Аллахом лучше для вас, если только вы веруете, и я не являюсь вашим хранителем".
Ələddin Sultanov:
Əgər iman gətirmişsinizsə, (bilin ki,) Allahın sizin üçün saxladığı (təyin etdiyi halal qazanc) daha yaxşıdır. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”.
Kerbelayi Malik ağa:
Əgər siz möminlərsinizsə, Allahın halal qazancı (bəqiyyəsi) sizin üçün daha xeyirlidir. Mən, sizin üzərinizdə mühafiz deyiləm.
Ələsgər Musayev:
Allahın həmişəlik saxladığı sizin üçün xeyirlidir, əgər oldunuz inananlar. Mən sizin mühafiziniz deyiləm».
A.Mehdiyev və D.Cəfərli:
«Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir mən sizə məmur gözətçi deyiləm (ki, sizin iman əməlinizə nəzarət edəm sizə savab cəza verilməsi mənim öhdəmə olsun)».
Kövsər Tağıyev:
“Əgər inanan kimsələrsinizsə, Allahın qoyduğu halal qazanc sizin üçün daha xeyirlidir. Mən sizin başınızın üstündə bir nəzarətçi deyiləm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər iman gətirmisinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən sizin üzərinizdə nəzarətçi deyiləm.
Sabirə Dünyamalıyeva:
Əgər möminsinizsə, Allahın izin verdiyi/halal olaraq sizə lütf etdiyi mənfəət, sizin üçün daha xeyirlidir. mən sizin üçün bir himayəçi deyiləm."