Əlixan Musayev:
O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizdən agah oluram.
Bünyadov-Məmmədəliyev:
(Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm!
Elmir Quliyev
:
Он сказал: "Мои жалобы и печаль обращены только к Аллаху, и я узнаю от Аллаха то, чего вы не знаете.
Ələddin Sultanov:
(Yaqub) dedi: “Mən qəm-qüssəmi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhylə) sizin bilmədiyiniz şeyləri bilirəm.
Kerbelayi Malik ağa:
(Yaqub ə.s) belə dedi: ‘Mən kədərimi və hüznümü yalnız Allaha ərz edirəm. Sizin bilmədiyiniz şeyləri mən Allahın bildirməsi ilə bilirəm.’
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, mən öz dərdimi və
hüznümü Allaha şikayətlənirəm və bilirəm Allahdan nə ki, siz
bilmirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm.»
Kövsər Tağıyev:
Yaqub: “Mən dərdimi və hüznümü yalnız Allaha ərz edirəm. Mən Allahdan sizin bilmədiyiniz şeyləri bilirəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Mən qüssə-kədərimi ancaq Allaha açıram, sizin bilmədiklərinizi mən Allahın köməyi ilə bilirəm!
Sabirə Dünyamalıyeva:
Yəqub dedi ki: "Mən, daxilimi doldurub daşan həsrətimdən, kədərimdən Allaha şikayət edirəm. Və mən Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm.