Əlixan Musayev:
Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” (Bütlər isə) onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab qaytaracaqlar.
Bünyadov-Məmmədəliyev:
Müşriklər (Allaha qoşduqları) şəriklərini (bütləri, tanrıları) gördükdə: “Ey Rəbbimiz! Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir!” – deyəcəklər. (Bütlər də) onlara: “Siz əsl yalançısınız! (Biz sizi Allahı tərk edib bizə tapınmağa dəvət etməmişdik!)” – deyə cavab verəcəklər.
Elmir Quliyev
:
Когда многобожники увидят своих сотоварищей, они скажут: "Господь наш! Вот сотоварищи, к которым мы взывали вместо Тебя". Но они отбросят их слова и скажут: "Воистину, вы — лжецы!"
Ələddin Sultanov:
Müşriklər (Allaha) qoşduqları şərikləri gördükdə: “Ey Rəbbimiz, bunlar, Səni qoyub ibadət etdiyimiz şəriklərimizdir!” - deyəcəklər. Onlar da bunlara: “Şübhəsiz, siz yalançısınız!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
(Allaha) şirk qoşanlar şirk qoşduqları şeyləri gördükləri zaman: ‘Rəbbimiz! Səndən başqa dua etdiyimiz şəriklərimiz bunlardır.’ dedilər. O zaman onlar da: ‘Şübhəsiz ki, siz həqiqətən yalan danışanlarsınız.’ deyə onlara cavab qaytardılar.
Ələsgər Musayev:
Onda ki, görərlər o kəslər ki,
müşrikdirlər, öz şəriklərini, deyərlər: «Rəbbimiz, bunlar bizim
şəriklərimizdir - o kəslərdir ki, Səndən başqa çağırırdıq!»
Onların sözlərini özlərinə qaytarıb deyərlər: «Həqiqətən, siz
yalançısınız!
A.Mehdiyev və D.Cəfərli:
Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.
Kövsər Tağıyev:
Müşriklər (qoşduqları) şəriklərini gördükləri zaman deyəcəklər ki: “Rəbbimiz! Bunlar səni buraxıb tapındığımız şəriklərimizdir”. Qoşduqları şəriklər isə onlara: “Siz həqiqətən, yalançılarsınız”, – deyə söz atacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Müşriklər qoşduqları şərikləri görəndə deyərlər: "Rəbbimiz, bunlar Səndən savayı ibadət etdiyimiz şəriklərdir". Onlar isə bunların yalanını çıxarıb: “Siz yalan deyirsiniz!" - söyləyəcəklər.
Sabirə Dünyamalıyeva:
Və şərik qoşan o kəslər, şərik qoşduqları şeyləri gördükləri zaman: "Ey Rəbbimiz! Bax bunlar, Sənin altındakılardan bizim yalvardığımız şəriklərimiz olan kəslərdir" dedilər. Qoşduqları şəriklər da dərhal onlara, "Şübhəsiz ki, siz həqiqətən yalançısınız" deyə söz atdılar.