Əlixan Musayev:
Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) silib aparardıq. Sonra bundan dolayı Bizə qarşı özünə himayəçi tapa bilməzdin.
Bünyadov-Məmmədəliyev:
Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq. Sonra Bizə qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz Quranı sənə unutdursaq, yenidən heç kəs onu sənin yadına sala bilməz).
Elmir Quliyev
:
Если бы Мы захотели, то лишили бы тебя того, что дали тебе в откровении. И никто не защитил бы тебя от Нас,
Ələddin Sultanov:
Əgər Biz diləsəydik, şübhəsiz ki, sənə vəhy etdiyimizi (qəlbindən və yazıldığı yerdən) silib yox edərdik. Sonra buna görə Bizə qarşı özünə heç bir köməkçi də tapa bilməzdin.
Kerbelayi Malik ağa:
Əgər Biz diləsəydik, sənə vəhy etdiklərimizi silib yox edərdik. Ondan sonra Bizə qarşı bir vəkil də tapa bilməzsən.
Ələsgər Musayev:
Əgər Biz istəyək apararıq onu ki, sənə vəhy etmişik.
Sonra sən onunla Bizim əleyhimizə vəkil tapa bilməzsən,
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsək şübhəsiz, sənə (əslində cəmiyyətin ruhu olan) vəhy etdiyimizi aradan apararıq (və zehn səhifən boş qalar), sonra Bizim müqabilimizdə onu geri almaq üçün bir vəkil tapa bilməzsən.
Kövsər Tağıyev:
And olsun, əgər istəsəydik, sənə vəhy etdiyimizi tamamilə aradan qaldırardıq, sonra bu barədə bizə qarşı özünə bir yardımçı da tapa bilməzdin.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz istəsək, sənə vəhy etdiyimizi [Quranı] qəlbindən silib apararıq, sonra sən Bizə qarşı özünə bir havadar tapmazsan.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, istəsəydik, sənə vəhy etdiyimizi aradan götürərdik; sonra özün üçün Bizə qarşı, varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən birini tapa bilməzsən.