Kəhf Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”
Bünyadov-Məmmədəliyev:
Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”
Elmir Quliyev :
Когда он прибыл туда, где закатывается солнце, он обнаружил, что оно закатывается в мутный (или горячий) источник. Около него он нашел народ. Мы сказали: Зуль Карнейн! Либо ты накажешь их, либо сделаешь им добро".
Ələddin Sultanov:
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” dedik. (Təfsirlərdə qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarşılaşdığı qövm isə kafir idi. Ona görə Allah-Təala bu qövmü cəzalandırmaq, yaxud irşad etmək üçün Zülqərneyni onların yanına göndərmişdi.)
Kerbelayi Malik ağa:
Günəşin batdığı yerə çatdığı zaman, onu palçıqlı bir çeşmədə batarkən gördü. Onun yanında bir qövmə rast gəldi. (Ona belə) dedik: ‘Ey Zülqərneyn! Diləsən onlara əzab edərsən, diləsən onlarla gözəl rəftar edərsən.’
Ələsgər Musayev:
Ta onda ki, şəmsin qürub etdiyi yerə yetişdi, tapdı onu bulanıq çeşmədə qürub edən tapdı onun yanında bir qoum. Dedik: «Ay Zilqərnəyni, vaxt ki, sən onları əzab edərsən vaxt ki, onları yaxşılıqla tutarsan!»
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti palçıqlı çeşmədə batan gördü orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər yaxud onların haqqında gözəl bir yol tutarsan.»
Kövsər Tağıyev:
Günəşin batdığı yerə çatdıqda onun qara palçıqlı bir çeşmədə batdığını gördü. Orada (kafir) bir qövm gördü. “Ey Zülqərneyn! (Onları) ya cəzalandırarsan ya da onlarla xoş rəftar edərsən”, dedik.
M.Qənioğlu və T.Bilaloğlu:
O, günəşin qürub etdiyi yerə çatanda gördü ki, günəş çirkablı bir çeşmədə batır. O çeşmənin yanında bir tayfa ilə rastlaşdı. Biz dedik: 'Ey Zülqərneyn! Sən onlara cəza da verə bilərsən, yaxşılıq da edə bilərsən".
Sabirə Dünyamalıyeva:
Nəhayət o, vəhyin batdığı yerə çatdığı zaman, vəhyin qara bir palçıqda batmaqda olduğunu gördü [orada ilahi qanunlar həyatdan çıxarılmışdı]. Bir bunun yanında bir qövm gördü. Biz dedik ki: "Ey Zülqərneyn! Onları ya cəzalandıra bilərsən ya onlarla yaxşı-gözəl rəftar edə bilərsən."