Bəqərə Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə onların əzabı yüngülləşdiriləcək, onlara kömək göstəriləcəkdir.
Bünyadov-Məmmədəliyev:
Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə onların əzabı yüngülləşər, onlara kömək olunar.
Elmir Quliyev :
Они купили мирскую жизнь за Последнюю жизнь. Их мучения не будут облегчены, и им не будет оказана помощь.
Ələddin Sultanov:
Onlar axirəti dünya həyatına dəyişən kimsələrdir. Buna görə onların əzabı yüngülləşər, onlara kömək olunar.
Kerbelayi Malik ağa:
Onlar elə kəslərdir ki, axirət əvəzinə dünya həyatını satın almışlar. Bu səbəblə əzab onlardan yüngülləşdirilməz onlara kömək olunmaz.
Ələsgər Musayev:
Həmin onlar o kəslərdir ki, alver etdilər həyatını dünyanın axirətlə olmaz xəfif onlardan əzab olmaz onlara yardım.
A.Mehdiyev və D.Cəfərli:
Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək onlara (heç bir) kömək olunmayacaqdır.
Kövsər Tağıyev:
Onlar axirəti verib dünya həyatını satın alan kəslərdir. Artıq bunların əzabı əsla yüngülləşdirilməz. Onlara yardım da edilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bu dünyanı axirətlə satın alanlardır. Onların əzabı yüngülləşdirilməyəcək onlara kömək edilməyəcəkdir.
Sabirə Dünyamalıyeva:
Bax onlar, axirətin əvəzində bəsit dünya həyatını satın almış kəslərdir. Artıq onların əzabı yüngülləşər, onlara kömək edilər.