Əlixan Musayev:
Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey camaatım! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”
Bünyadov-Məmmədəliyev:
Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə gözəl bir vəd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”
Elmir Quliyev
:
Муса (Моисей) вернулся к своему народу разгневанный, опечаленный и сказал: "О мой народ! Разве ваш Господь не дал вам прекрасного обещания? Неужели этот срок оказался долгим для вас? Или же вам захотелось, чтобы на вас пал гнев вашего Господа, и потому вы нарушили данное мне обещание?"
Ələddin Sultanov:
Buna görə də Musa qəzəbli və kədərli bir halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? (Sizdən ayrı qaldığım) zamanmı sizə uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi istədiniz ki, mənə verdiyiniz sözünüzdən döndünüz?”
Kerbelayi Malik ağa:
Bunun üzərinə Musa (ə.s) kədərlənərək qəzəbli halda qövmünə döndü. ‘Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vədlə vəd etmədimi? Buna baxmayaraq əhd müddəti sizə uzunmu gəldi? Yoxsa Rəbbinizin qəzəbinin üzərinizə enməsinimi istədiniz? Bu səbəbləmi vədimi (sizdən aldığım vədi) yerinə yetirmədiniz?’ dedi.
Ələsgər Musayev:
Musa
təəssüflənərək qəzəbli halda qoumunun yanına qayıtdı. Dedi:
«Ay qoumum! Ə, Rəbbiniz sizə gözəl vəd vermədimi? Ə,
Onun əhdi sizə uzun gəldimi, yoxsa istədiniz ki, Rəbbinizin
qəzəbinə düçar olub və mənim vədimə xilaf çıxasınız?»
A.Mehdiyev və D.Cəfərli:
Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?
Kövsər Tağıyev:
Musa qəzəbli və məyus halda qövmünün yanına qayıtdı. “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd vermədimi? (Mən ayrıldıqdan sonra) uzun zaman keçdi, yoxsa üzərinizə Rəbbinizdən bir qəzəb enməsini istədiniz ki, mənə verdiyiniz sözə əməl etmədiniz (və buzova tapındınız)?” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa qəzəb və peşmançılıq içində camaatının yanına qayıdıb dedi: "Ey mənim camaatım! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi? Bu vədin vaxtı sizə çox uzun göründümü? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?"
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Musa qəzəbli və kədərli halda dərhal qövmünün yanına qayıtdı: "Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd ilə söz vermədimi? İndi sizə bu [müddət] uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini arzu etdiniz ki, mənə olan vədinizə xilaf çıxdınız " dedi.