Nəml Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Məgər gecəni onların istirahəti üçün (qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır.
Elmir Quliyev :
Разве они не видели, что Мы создали ночь для того, чтобы они отдыхали в течение нее, и день для освещения? Воистину, в этом знамения для верующих людей.
Ələddin Sultanov:
Onlar gecəni dincəlmələri üçün yaratdığımızı, gündüzü işıqlı etdiyimizi görmədilərmi?! Həqiqətən, bunda iman gətirənlər üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
İstirahət etsinlər deyə gecəni (qaranlıq), gündüzü (aydınlıq) etdiyimizi görmədilərmi? Şübhəsiz ki, bunda inanan qövm üçün ayələr (ibrətlər, dəlillər) vardır.
Ələsgər Musayev:
Ə, onlar görmürlərmi, etdik gecəni sakin olmaq üçün onda gündüzü bəsirət edən? Həqiqətən, bunda ayətlər var inanan qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Məgər, gecəni rahatlıqları üçün yaratdığımızı gündüzü (iş-güclə məşğul olmaları üçün) işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda (bu yaradılışda) iman gətirən bir tayfa üçün (qüdrət hikmətdən) nişanələr vardır.
Kövsər Tağıyev:
Məgər onlar görmürlərmi ki, biz gecəni onlar istirahət etsinlər deyə, gündüzü isə aydınlıq olaraq yaratdıq. Şübhəsiz, inanan bir toplum üçün bunda (Allahın varlığını göstərən) dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar görmürlərmi ki, Biz gecəni onların onda rahatlıq tapması üçün, gündüzü isə görüb (çalışmaları) üçün düzəltdik? İman gətirən adamlar üçün bunda dəlillər vardır.
Sabirə Dünyamalıyeva:
Onlar görmədilərmi ki, istirahət etsinlər deyə gecəni yaratdıq, gündüzü isə düşüncə inkişaf etdirici olaraq işıqlı yaratdıq. Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün həqiqətən nişanələr/işarətlər var.