Qəsəs Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən (bu) Kitabın sənə nazil olacağına ümid etmirdin. (Bu) ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!
Bünyadov-Məmmədəliyev:
Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin. Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi. Buna görə heç vaxt kafirlərə arxa olma! (Kafirlər Peyğəmbər əleyhissəlama cürbəcür vədlər verməklə onu öz atalarının dininə dəvət edirdilər. O isə kafirlərin bu vədini Allahın köməyi ilə həmişə rədd edirdi).
Elmir Quliyev :
Ты не ожидал, что тебе будет ниспослано Писание, но это было милостью от твоего Господа. Посему никогда не поддерживай неверующих.
Ələddin Sultanov:
Sənə Kitab nazil olacağını gözləmirdin. Lakin o, Rəbbindən bir rəhmət olaraq sənə nazil olmuşdur. Ona görə əsla kafirlərə dayaq olma!
Kerbelayi Malik ağa:
Rəbbin tərəfindən yalnız bir rəhmət olaraq bu kitabın sənə çatdırılacağını (nazil olacağını) sən ümid etməzdin. Elə isə əsla kafirlərə yardımçı olma!
Ələsgər Musayev:
S?nin umidin yox idi bu kitab s?n? veril?c?k, ancaq R?bbind?n r?hm?tdir. Kafirl?r? arxa olma!
A.Mehdiyev və D.Cəfərli:
Bu kitabın sənə nazil olacağına ümid etmirdin, lakin (o) sənin Rəbbin tərəfindən olan bir rəhmət sayəsində nazil oldu. Buna görə əsla kafirlərə arxa olma.
Kövsər Tağıyev:
Sən bu kitabın sənə veriləcəyinə ümid etmirdin. Ancaq o, Rəbbindən bir rəhmət olaraq sənə verildi. Elə isə əsla kafirlərə arxa durma.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə Kitab [Quran] göndəriləcəyinə heç ümid etmirdin. Lakin o, Rəbbindən bir mərhəmət olaraq (nazil edildi). Kafirlərə heç vaxt arxa olma!
Sabirə Dünyamalıyeva:
sən Kitabın sənə vəhy ediləcəyinə/nazil olacağına ümid etmirdin. O, ancaq Rəbbin tərəfindən bir mərhəmət olaraq verildi. Elə isə heç vaxt kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərə] arxa çıxma/kömək olma.