Əlixan Musayev:
İman gətirdikdən, Peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!
Elmir Quliyev
:
Как же Аллах наставит на прямой путь людей, которые стали неверующими после того, как уверовали и засвидетельствовали правдивость Посланника, и после того, как к ним явились ясные знамения? Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
İman gətirib peyğəmbərin haqq olduğuna şəhadət verdikdən və özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra kafir olan bir qövmü Allah necə doğru yola yönəldər?! Allah zalımlar qövmünü haqq yola yönəltməz!
Kerbelayi Malik ağa:
İmanlarından sonra inkar edən qövmü Allah necə hidayətə ərdirər? Onlar Rəsulun Haqq olduğuna şahid oldular və onlara bəyyinələr (açıq dəlillər) gəldi. Allah zalımlar qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Necə hidayət
etsin Allah o qoumu ki, kafir oldular, ondan sonra ki, inandılar
onlar və şahid oldular ki, rəsul haqdır və gəldi onlara bəyanlar?
Və Allah zalim qoumu hidayət etməz!
A.Mehdiyev və D.Cəfərli:
Iman g?tir?r?k elcimizin haqq olmas?na s?had?t verdikd?n v? askar d?lill?r g?ldikd?n sonra kafir olan d?st?ni Allah nec? hiday?t etsin?! (Kitab ?hlinin b?zisi Islam peyg?mb?rinin peyg?mb?rliy? gond?rilm?sind?n qabaq oz kitablar?na ?sas?n iman sahibi idil?r. Onun gond?rilm?sind?n sonra is? Islamdan don?n murt?dl?r kimi inkar etdil?r.) Allah zal?m d?st?ni hiday?t etm?z.
Kövsər Tağıyev:
İman etdikdən, Peyğəmbərin haqq olduğuna şahidlik etdikdən və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir topluluğu Allah necə doğru yola yönəltsin? Allah zalımlar qövmünü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
İman qətirdikdən, peyğəmbərin haqq olduğuna şahid oduqdarı və özlərinə aydın dəlillər gəldikdən sonra küfr edən adamlara Allah düz yol necə göstərə bilər? Allah zalım adamları düz yola yönəltmir.
Sabirə Dünyamalıyeva:
İman gətirdikdən və həqiqətən elçinin haqq olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] bir qövmə Allah necə bələdçilik edər? Və Allah, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər dəstəsinə bələdçilik etməz.