Əraf Surəsi 86. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər yolun başında oturub Allahaiman gətirənləri hədələyib Onun yolundan sapdırmayın onu əyri göstərməyə çalışmayın. Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı. Bir görün fəsad törədənlərin aqibəti necə oldu.
Bünyadov-Məmmədəliyev:
Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu!
Elmir Quliyev :
Не садитесь на дорогах, угрожая и сбивая с пути Аллаха тех, кто уверовал в Него, и пытаясь исказить его. Помните, что вас было мало, а Он приумножил ваше число. Посмотри же, каким был конец злодеев!
Ələddin Sultanov:
Allaha iman gətirənləri qorxutmaq, Onun yolundan döndərmək onu (Allah yolunu) əyib-bükmək məqsədilə hər yolun başında əyləşməyin! Xatırlayın ki, bir zaman siz az idiniz, O sizi çoxaltdı. Bax gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
Kerbelayi Malik ağa:
Təhdid edərək hər yolun (üstündə) oturmayın. Allaha amənu olan kəsləri Allahın yolundan sapdırmayın. Onda (Allahın yolunda) bir əyrilik istəyirsiniz. Xatırlayın! Siz az idiniz, sizi çoxaltdı. baxın, fəsad çıxaranların sonları necə oldu.
Ələsgər Musayev:
Əyləşməyin küllisilə yolun iman gətirənləri qorxudaraq Allah yoluna sədd çəkərək onu əyməyə çalışaraq. Yad edin onda siz az idiniz O sizi çoxaltdı. Nəzər salın necə oldu aqibəti fəsad edənlərin!
A.Mehdiyev və D.Cəfərli:
(camaatı) hədələmək iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq Allahın yolunu əymək istəyi ilə (onu əymək ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın. Həmçinin az olduğunuz Allahın sizi çoxaltdığı zamanı xatırlayın fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!
Kövsər Tağıyev:
“Bir hədələyərək Ona iman edənləri Allahın yolundan yayındırmaq, Allahın yolunu əyri təzadlı göstərmək üçün hər yol üstündə oturmayın. Xatırlayın ki, siz az (və gücsüz) idiniz, O, sizi çoxaltdı. Görün fitnə-fəsad törədənlərin aqibəti necə oldu?!”
M.Qənioğlu və T.Bilaloğlu:
Hər yol başında oturub iman gətirənləri qorxudaraq Allan yolundan çıxarmayın onu [yolu] əyri göstərmək niyyətində olmayın. Yada salın ki, siz az olanda O sizi çoxaltdı. Görün fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
Sabirə Dünyamalıyeva:
Təhdid edərək, inananları Allahın yolundan uzaqlaşdıraraq əyri yollar axtararaq hər yolun başında oturmayın. Düşünün ki, siz az idiniz, O, sizi çoxaltdı. fitnəçilərin aqibətinin necə olduğuna baxın bir!