Hicr Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz sənə təkrarlanan yeddi ayəni əzəmətli Quranı verdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) (böyük) əzəmətli Quranı verdik.
Elmir Quliyev :
Мы даровали тебе семь часто повторяемых сур или аятов и великий Коран.
Ələddin Sultanov:
Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) uca Quranı verdik. (Həzrət Peyğəmbərdən (s.ə.s) rəvayət edilən bir hədisə görə, bu yeddi ayə namazların hər rükətində təkrarlanan “Fatihə” surəsidir.)
Kerbelayi Malik ağa:
And olsun ki, sənə ikincidən yeddiyi Quran-ul Azimi verdik.
Ələsgər Musayev:
Biz əta etdik sənə yeddi təkrar olunanı əzəmətli Qur’anı.
A.Mehdiyev və D.Cəfərli:
Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə böyük Qur’anı əta etdik.
Kövsər Tağıyev:
And olsun, biz sənə təkrarlanan yeddi ayəni böyük Qur`anı verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənə yeddi təkrar olunanı [“Fatihə“nin ayələrini] əzəmətli Quranı bəxş etdik.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz sənə qatbaqat neçə nemət böyük Quranı verdik.