Kəhf Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir!
Bünyadov-Məmmədəliyev:
O (İsgəndər) belə cavab verdi: “Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!
Elmir Quliyev :
Он сказал: "Того, кто поступает несправедливо, мы накажем, а потом его возвратят к его Господу, и Он подвергнет его тяжким мучениям.
Ələddin Sultanov:
O dedi: “Haqsızlıq edənə əzab verəcəyik. Sonra o Rəbbinə qaytarılacaq (Rəbbi) ona görünməmiş bir əzab verəcək.
Kerbelayi Malik ağa:
(Zülqərneyn): ‘Fəqət kim zülm etsə ona əzab edəcəyik. Sonra öz Rəbbinə geri göndərilər. Beləcə ona dəhşətli bir əzabla əzab edilər.’ dedi
Ələsgər Musayev:
Dedi: «Kim ki, zalimdir, biz onu əzab edərik sonra o, öz Rəbbinə tərəf qayıdar O əzab edər onu ağır bir əzabla.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «(Özünə) zülm edən (və küfr şirkdə qalan) şəxsə gəlincə, ona tezliklə (öldürməklə) əzab verəcəyik. O, sonra öz Rəbbinə tərəf qaytarılacaqdır. Beləliklə (Rəbbi də) ona misli görünməmiş bir əzab verəcəkdir.»
Kövsər Tağıyev:
Zülqərneyn: “Kim zülm edərsə, biz onu cəzalandıracağıq. Sonra o Rəbbinin hüzuruna qaytarılar. O da onu görünməmiş bir əzaba düçar edər”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: 'Kim haqsızlıq edərsə, biz ona cəza verəcəyik, sonra o, öz Rəbbinə qaytanlacaq O, ona daha ağır cəza verəcəkdir
Sabirə Dünyamalıyeva:
O dedi ki: "Kim şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləsə, həqiqətən ona əzab verəcəyik. Sonra Rəbbinə geri qaytarılacaq, sonra O da onu görülməmiş bir əzaba düçar edər.