Bəqərə Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Musaya Kitab verdik ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə (göndərilən) elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini öldürmədinizmi?
Bünyadov-Məmmədəliyev:
(Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr (dəlillər) bəxş etdik onu müqəddəs ruhla (Cəbraillə ya ismi-əzəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya ya Yəhya kimi).
Elmir Quliyev :
Мы даровали Мусе (Моисею) Писание и отправили вслед за ним череду посланников. Мы даровали Исе (Иисусу), сыну Марьям (Марии), ясные знамения и укрепили его Святым Духом (Джибрилем). Неужели каждый раз, когда посланник приносил вам то, что было вам не по душе, вы проявляли высокомерие, нарекали лжецами одних и убивали других?
Ələddin Sultanov:
Şübhəsiz, Biz Musaya kitabı (Tövratı) verdik. Ondan sonra da peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir peyğəmbər ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini öldürdünüz.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz Musaya kitab verdik ondan sonra ard-arda rəsullar göndərdik. Məryəmin oğulu İsaya bəyyinələr (açıq dəlillər) verdik onu Ruh'ul Qüds ilə dəstəklədik. Belə ki, nəfslərinizin xoşlanmadığı bir şeylə gələn rəsula qarşı hər dəfə kibirləndiniz. Bu səbəblə bir qismini yalanladınız bir qismini öldürdünüz.
Ələsgər Musayev:
Əlbəttə, əta etdik Musaya kitabı göndərdik ondan sonra rəsullarla əta etdik Biz Məryəm oğlu Isaya bəyanatları möhkəmləndirdik onu Müqəddəs RuhlaƏ, külli ki, gəldi sizə rəsul ilə kiyoxdur havayı nəfsinizdətəkəbbürlük etdiniz? firqəsini təkzib etdiniz firqəsini qətl etdiniz
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!
Kövsər Tağıyev:
And olsun ki, Musaya Kitabı (Tövratı) verdik. Ondan sonra ard-arda peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya möcüzələr verdik. Onu Ruhul-Qüds (Cəbrail) ilə dəstəklədik. Hər hansı bir peyğəmbər sizə xoşunuza gəlməyən bir şey gətirdikcə, kibrlənib (onların) bir qismini inkar edib, bir qismini öldürmədinizmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya Kitabı (Tövratı) verdik onun ardınca peyğəmbərləri göndərdik. Məryəm oğlu İsaya aşkar dəlilləri (möcüzələri) verdik onu müqəddəs ruh ilə qüvvətləndirdik. Hər dəfə pir peyğəmbər sizə xoşlamadığınız bir şey gətirəndə təkəbbür göstərdiniz, bəzilərinə yalançı adı qoydunuz, bəzilərini isə öldürdünüz.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Musaya Kitabı verdik. ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik onu Allahın vəhyi ilə qüvvətləndirdik. Yaxşı siz, bir elçi hər səfər sizə, ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbür göstərdinizmi?! Sonra da bir qismini təkzib etdiniz, bir qismini öldürürsünüz.