Əlixan Musayev:
Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.
Bünyadov-Məmmədəliyev:
Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti (zəlil) vəziyyətdə gələr.
Elmir Quliyev
:
В тот день подуют в Рог, и перепугаются те, кто на небесах и на земле, кроме тех, кого Аллах пожелает выделить. Все предстанут перед Ним смиренными.
Ələddin Sultanov:
Sura üfürüləcəyi gün Allahın dilədiyi kimsələr istisna olmaqla, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşəcəklər və hamısı boyunlarını bükərək Onun hüzuruna gələcək.
Kerbelayi Malik ağa:
Sura üfürüldüyü gün Allahın dilədiyi kəslərdən başqa, səmalarda və yer üzündə olanlar dəhşətə qapıldı. Hər kəs boyunları bükük olaraq Ona (Allaha) gəldilər.
Ələsgər Musayev:
O gün ki, surda üfürülər, Allah istədiyi kimsədən başqa, kim ki, səmalarda və kim ki, ərzdə var, qorxudan titrəyərlər və küllisi alçalmış halda Onun yanına gələr!
A.Mehdiyev və D.Cəfərli:
(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.
Kövsər Tağıyev:
Sura üfürüləcəyi və Allahın istədiyi kəslər xaric göylərdəki və yerdəki hər kəsin qorxuya qapılacağı günü xatırla. Hamısı boyun əyərək Onun hüzuruna gələrlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü sur çalınacaq və Allahın istədiyi kəslərdən başqa göylərdə və yerdə olanlar qorxuya düşəcəklər. Hamısı Onun hüzuruna zəlil vəziyyətdə gələcəkdir.
Sabirə Dünyamalıyeva:
Və Sur üfürüldüyü[#177] gün, artıq Allahın istədiklərindən başqa, göylərdə və yerdə kim varsa hamısı dəhşətə qapılacaq. Və hamısı dəyərsizləşmiş bir halda Ona gələcəklər.