Əlixan Musayev:
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.
Bünyadov-Məmmədəliyev:
(Şüeyb onlara) belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!
Elmir Quliyev
:
Он сказал: "О мой народ! А что, если я опираюсь на доказательство от моего Господа, и Он даровал мне прекрасную долю? Я не хочу отличаться от вас и совершать то, что я запрещаю совершать вам, а хочу лишь исправить то, что в моих силах. Помогает мне только Аллах. На Него одного я уповаю, к Нему одному обращаюсь.
Ələddin Sultanov:
(Şüeyb) dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.
Kerbelayi Malik ağa:
(Şuayb belə) dedi: ‘Əgər mən Rəbbimdən bir dəlil üzərindəyəmsə və məni özündən gözəl bir ruzilə ruziləndirdisə rəyiniz bumu? Sizi ondan yasaq etdiyim şeydə sizə qarşı çıxmaq istəmirəm. Yalnız gücümün çatdığı qədər islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim ancaq Allah ilədir. Mən Ona təvəkkül etdim və Ona yönəldim.’
Ələsgər Musayev:
Dedi: «Ay qoumum! Ə, gördünüzmü,
Rəbbimdən bəyanatım var və O mənə yaxşı ruzi yetirib. Ondan
ki, sizi mane edirəm, istəyirəm sizinlə müxalifətlik etməyim.
Ancaq bacardığım qədər sizin işlərinizi islah etmək istəyirəm
və mənim müvəffəqiyyətim ancaq Allah ilədir. Mən Ona
təvəkkül etmişəm və Ona üz tuturam.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O, Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.»
Kövsər Tağıyev:
Şüeyb belə dedi: “Ey qövmüm! Deyin görüm, əgər mən Rəbbimdən gələn açıq bir dəlilə söykənmişəmsə və qatından mənə gözəl bir ruzi vermişsə, (o zaman başqa necə edə bilərəm ki?!) Mən sizə qadağan etdiyim şeyi özüm etmək istəmirəm. Mən ancaq bacardığım qədər (sizi) islah etmək istəyirəm. Uğur qazanmağım yalnız Allahın yardımı ilədir. Mən yalnız Ona təvəkkül etdim və yalnız Ona üz tuturam”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey camaatım, bir deyin görək, məndə Rəbbimdən aşkar dəlil olduğu və mənə Öz tərəfindən gözəl ruzilər vermiş olduğu halda (heç mən Onun sözündən çıxa bilərəmmi?!) Sizə qadağan etdiyim şeylərin əksinə olaraq sizinlə ixtilafda olmaq istəmirəm. Mən bacardığım qədər ancaq islah etmək istəyirəm və (bu işdəki) uğurum yalnız Allahdadır. Odur ki, mən Ona təvəkkül etdim və (hər şeydə) Ona üz tuturam.
Sabirə Dünyamalıyeva:
Şüeyb dedi: "Ey qövmüm! Heç düşündünüzmü? Əgər mən Rəbbimdən bir dəlil ilə gelmişəmsə və əgər O, mənə Öz dərgahından gözəl bir ruzi bəxş etmişsə!? Və Mən, sizə qarşı çıxaraq sizə qadağan etdiyim şeylərə özüm düşmək istəmirəm. Mən, sadəcə gücüm çatdığı qədər sizi islah etmək istəyirəm. Müvəffəq olmağım da ancaq Allah ilədir. Mən, ancaq Ona işin nəticəsini tapşırdım və ancaq Ona üz tuturam.