Əlixan Musayev:
Onlar (Yusufun) yanına girdikdə dedilər: “Ey hökmdar! Biz və ailəmiz fəlakətə uğramışıq. Bir az mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.
Bünyadov-Məmmədəliyev:
(Yəqubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”
Elmir Quliyev
:
Войдя к нему, они сказали: "О повелитель! Нас и наш род поразила беда. Мы прибыли с небольшим товаром. Отмерь нам меру сполна и окажи нам милость. Воистину, Аллах вознаграждает творящих добро".
Ələddin Sultanov:
Onlar (Yusifin) hüzuruna daxil olduqları zaman dedilər: “Ey vəzir! Bizə və ailəmizə qıtlıq üz verib və biz dəyərsiz bir malla gəlmişik. Bizim haqqımızı tam ölçərək ver, bizə sədəqən olsun! Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar”.
Kerbelayi Malik ağa:
Bundan sonra onun hüzuruna daxil olduqda belə dedilər: ‘Ey vəzir! Bizə və ailəmizə şiddətli darlıq üz verdi və biz az sərmayə ilə gəldik. Artıq bizə ölçünü tam olaraq ver və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənlərin mükafatını verər.’
Ələsgər Musayev:
Amma elə
ki, daxil oldular onun yanına, dedilər: «Ay əziz! Bizə və
əhlimizə zərər yetişib və azca mətahla qalmışıq. Vəfalı ol
bizim üçün ölçüyə və bizə sədəqə ilə kömək et. Həqiqətən,
Allah sədəqə verənlərə yaxşı mükafat verər!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (növbəti dəfə ərzaq almaq və qardaşlarını xilas etmək məqsədilə Misirə gedib) onun (Yusufun) hüzuruna daxil olanda dedilər: «Ey Əziz, bizə və ailəmizə çətinlik və sıxıntı üz verib və biz azacıq bir sərmayə gətirmişik. Buna görə də bizə kamil ölçü (ilə ərzaq) ver və bizə sədəqə ver ki, həqiqətən Allah sədəqə verənləri mükafatlandırır».
Kövsər Tağıyev:
(Bunun ardından Misirə qayıdıb) Yusufun hüzuruna daxil olduqları zaman: “Ey güclü vəzir! Bizə və ailəmizə məhrumiyyət və sıxıntı üz verdi. Dəyərsiz bir sərmayə ilə gəldik. Ərzağımızı tam ölç, bir də bizə sədəqə ver. Şübhəsiz, Allah sədəqə verənləri mükafatlandırar”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar onun yanına gələrək dedilər. "Ey hakim! Bizə və ailəmizə sıxıntı üz vermişdir. Bir az mal gətirmişik, bizə çoxlu ərzaq ver və bizə əl tut. Həqiqətən, Allah əl tutanları mükafatlandırar."
Sabirə Dünyamalıyeva:
Sonra Yusifin hüzuruna gəldikdə, dedilər ki: "Ey Əziz! Bizə və ailəmizə çətinlik üz verdi. Və biz az sərmayə ilə gəldik. Sən bizə yenə [bütöv] ölçü ver. Və bizə sədəqə da ver. Şübhəsiz ki, Allah sədəqə verənlərə əvəzini verər."