Möminun Surəsi 88. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Bünyadov-Məmmədəliyev:
De: “Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?”
Elmir Quliyev :
Скажи: чьей Руке власть над всякой вещью? Кто защищает, и от Кого нет защиты, если только вы знаете?"
Ələddin Sultanov:
De: “Əgər bilirsinizsə, (deyin görək) hər şeyin hökmranlığı əlində olan, (hər şeyi) himayə edən heç bir himayəçiyə ehtiyacı olmayan kimdir?”
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər bilirsinizsə (söyləyin) hər şeyin mülkü (rəhbərliyi, idarəsi) əlində olan qoruyan (himayə edən) Özü qorunmağa ehtiyacı olmayan kimdir?’
Ələsgər Musayev:
De: «Kimdir ki, əlindədir külli şeyin mülkü O müdafiə edir Özü isə müdafiə olunmur, əgər bilirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»
Kövsər Tağıyev:
De ki: “Əgər bilirsinizsə, deyin, hər şeyin hökmranlığı əlində olan, qoruyan, ondan qorunmaq mümkün olmayan kimdir?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər bilirsinizsə (deyin), hər şey üzərində hökmü olan, himayə edən, Özü, himayə edilməyən [buna ehtiyacı olmayan] kimdir?"
Sabirə Dünyamalıyeva:
De ki: "Əgər bilirsinizsə; hər şeyin mülkiyyəti idarəsi Öz əlində olan hər şeyi Özü qoruyub gözləyən, lakin Özü qorunmayan kimdir?"