Əlixan Musayev:
Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə (ayrıldınız)? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə (küfrə) qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!
Elmir Quliyev
:
Почему вы разошлись во мнениях относительно лицемеров на две группы? Аллах отбросил их назад за то, что они приобрели. Неужели вы хотите наставить на прямой путь того, кого ввел в заблуждение Аллах? Для того, кого Аллах ввел в заблуждение, ты никогда не найдешь дороги.
Ələddin Sultanov:
Sizə nə olub ki, münafiqlər barəsində iki qrupa ayrıldınız? Halbuki Allah onları, qazandıqları şeylərə görə baş aşağı etmişdir (küfrə qaytarmışdır). Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allah kimi azdırarsa, onun üçün heç bir (doğru) yol tapa bilməzsən!
Kerbelayi Malik ağa:
Elə isə sizə nə olub ki, münafiqlər haqqında iki qrup oldunuz? Allah onları qazandıqları (mənfi dərəcələr) səbəbiylə tərsinə çevirdi (küfrə çevirdi). Allahın dəlalətə düşürdüyü kimsəni hidayətə ərdirməkmi istəyirsiniz? Allah kimi dəlalətə düşürərsə, artıq sən onun üçün əsla bir yol tapa bilməzsən.
Ələsgər Musayev:
Nə üçün münafiqlər barəsində iki dəstəsiz?
Allah üz döndərib onlardan nə ilə ki, kəsb ediblər. Ə,
istəyirsiniz ki, Allahın zəlalətdə tərk etdiyi kəsi hidayətmi
edəsiniz? Kimi zəlalətdə tərk edərsə Allah, tapa bilməzsən
onun üçün yol!
A.Mehdiyev və D.Cəfərli:
Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.
Kövsər Tağıyev:
Sizə nə oldu ki, münafiqlər haqqında iki dəstəyə ayrıldınız? Allah onları etdikləri işlərə görə başıaşağı edərək köhnə hallarına (küfrə) qaytarmışdır. Allahın zəlalətə düçar etdiyini yola gətirməkmi istəyirsiniz? Allah kimi zəlalətə salarsa, sən onun üçün əsla bir çıxış yolu tapa bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz nə üçün münafiqlər barəsində iki dəstəsiniz? Allah onları tutduqları əməllərinə görə (kafirliyə) qaytardı. Siz Allahın azdırdığı kəsi düz yola çıxarmaqmı istəyirsiniz? Allahın azdırdığı kəs üçün sən heç bir yol tapa bilməzsən.
Sabirə Dünyamalıyeva:
Yaxşı, Allah onları qazandıqları günah üzündən tərsinə çevirdiyi halda, necə olur ki, siz, münafiqlər barəsində iki dəstəyə ayrılırsınız? Allahın azdırdığı kəslərə bələdçilik etmək istəyirsiniz? Və Allah kimi azdırsa, artıq sən onun üçün əsla bir yol tapa bilməzsən.