Əlixan Musayev:
Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!
Bünyadov-Məmmədəliyev:
Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!
Elmir Quliyev
:
Ешьте из того, чем Аллах наделил вас, дозволенное и благое, и бойтесь Аллаха, в Которого вы веруете.
Ələddin Sultanov:
Allahın sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin! İman gətirdiyiniz Allahdan qorxun!
Kerbelayi Malik ağa:
Allahın sizə verdiyi təmiz, halal ruzilərdən yeyin və iman etdiyiniz Allaha qarşı təqva sahibi olun.
Ələsgər Musayev:
Allah sizə verdiyi halal və pak ruzilərdən yeyin
və qorxun Allahdan – Odur ki, Onun ilə inanırsınız!
A.Mehdiyev və D.Cəfərli:
Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.
Kövsər Tağıyev:
Allahın sizə ruzi olaraq verdiklərindən halal, yaxşı və təmiz olaraq yeyin və inandığınız Allaha qarşı gəlməkdən çəkinin.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın sizə verdiyi halal və təmiz ruzidən yeyin və iman gətirdiyiniz Allahdan qorxun !
Sabirə Dünyamalıyeva:
88) Və Allahın sizə verdiyi ruzidən halal və təmiz olaraq yeyin və siz, inandığınız Allahın mühafizəsi altına daxil olun.