Əraf Surəsi 88. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. (Şueyb) dedi: “Hətta nifrət etmiş olsaq belə?”
Bünyadov-Məmmədəliyev:
(Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü əyanları: “Ey Şüeyb! Ya səni səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” dedilər. (Şüeyb) belə cavab verdi: “(Dininizə) nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?
Elmir Quliyev :
Знатные люди из его народа, которые превозносились, сказали: Шуейб! Мы непременно изгоним тебя и тех, кто уверовал вместе с тобой, из нашего города или же ты вернешься в нашу религию". Шуейб сказал: "Даже если это ненавистно нам?
Ələddin Sultanov:
Şüeybin qövmündən olan təkəbbürlü başçılar: “Ey Şüeyb! Səni səninlə birlikdə iman gətirənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. (Şüeyb) dedi: “Biz (bunu) istəməsək belə?!
Kerbelayi Malik ağa:
Onun qövmündən kibirlənən öndərlər belə dedilər: ‘Ey Şuayb, səni səninlə birlikdə amənu olanları (Allaha təslim olmağı diləyənləri) mütləq ölkəmizdən çıxaracağıq! Ya da siz mütləq bizim millətimizə (dinimizə) dönərsiniz.’ (Şuayb ə.s): ‘Əgər biz istəməsəkdəmi?’ dedi.
Ələsgər Musayev:
Onun qoumundan o kəslər ki, təkəbbürlü idilər böyükləri, dedi: «Ay Şueyb! Biz səni o kəslər ki, inanırlar səninlə birlikdə, kəndimizdən xaric edərik, ya da bizim millətimizə dönəcəksiniz!» Dedi: «Ya, əgər olsaq kərahətli?
A.Mehdiyev və D.Cəfərli:
Onun qövmünün təkəbbürlü başçıları böyükləri dedilər: «Ey Şüeyb, şübhəsiz, (ya) səni səninlə birgə iman gətirənləri diyarımızdan cəmiyyətimizdən çıxaracağıq, ya da ki, bizim dinimizə daxil olacaqsınız». Dedi: «Hətta nifrət bəsləsək belə?
Kövsər Tağıyev:
Şüeybin qövmündən kibrlənən öndərlər dedilər ki: “Ey Şüeyb! And olsun, ya qəti surətdə bizim dinimizə dönərsiniz, ya da mütləq səni səninlə birlikdə inananları məmləkətimizdən çıxararıq”. Şüeyb: “İstəməsək də?” dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun tayfasının təkəbbürlü başçıları dedilər "And olsun, ey Şüeyb, səni də, səninlə birlikdə iman gətirənləri yurdumuzdan qovacağıq, ya da sən mütləq bizim etiqada dönməlisən". O dedi: "Hətta biz (etiqadınıza) nifrət etsək belə?
Sabirə Dünyamalıyeva:
Qövmündən, təkəbbürlü başçılar dedilər ki: "Ey Şüeyb! Ya səni səninlə birgə inananları şəhərimizdən həqiqətən çıxaracağıq, ya da bizim dinimizə/həyat tərzimizə qayıdacaqsınız!" Şüeyb dedi ki: "İstəməsək də, eləmi?