Yusif Surəsi 89. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Sizin nadanlığınız dövründə Yusufa qardaşına nələr etdiyiniz yadınızdadırmı?”
Bünyadov-Məmmədəliyev:
(Yusif) onlardan: “Siz cahil olduğunuz zaman Yusifə qardaşına nələr etdiklərinizi bilirsinizmi?” deyə soruşdu.
Elmir Quliyev :
Он сказал: "Поняли ли вы, как вы поступили с Йусуфом (Иосифом) и его братом, когда были невежественны?"
Ələddin Sultanov:
Yusif dedi: “Cahilliyiniz ucbatından Yusifə qardaşına nələr etdiyinizi bilirsinizmi?!”
Kerbelayi Malik ağa:
Yusif (ə.s): ‘Siz cahil ikən Yusifə onun qardaşına etdiyiniz şeyi xatırladınızmı?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Məgər bilirsinizmi, cahil olarkən siz Yusifə onun qardaşına nələr etdiniz?»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Heç cahil nadan olduğunuz zaman Yusuf qardaşı ilə etdiyinizi bilirsiniz?!»
Kövsər Tağıyev:
Yusuf dedi ki: “Siz (hələ) cahil olduğunuz zaman Yusufa qardaşına nələr etdiyinizi bilirsinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Siz bilirsinizmi ki, cahil olduğunuz vaxt Yusufa qardaşına etmisiniz?"
Sabirə Dünyamalıyeva:
Yusif dedi ki: "Siz cahillərdən olduğunuzda Yusifə qardaşına nələr etdiyinizi bilirsinizmi?"