Əlixan Musayev:
Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!
Bünyadov-Məmmədəliyev:
(Məgər bu cansız heykələ sitayiş edənlər) buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?! (Nə böyük cəhalət!)
Elmir Quliyev
:
Неужели они не видели, что он не говорил им в ответ ни слова и не был способен навредить им или принести им пользу?
Ələddin Sultanov:
Bəs onlar (buzovun) cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürlərmi?!
Kerbelayi Malik ağa:
Onlara sözlə cavab vermədiyini və onlara zərər və ya fayda verməyə qadir olmadığını görmürlərmi?
Ələsgər Musayev:
Ə, görmədilərmi buzov
onların sözlərinə cavab vermir və onlar üçün zərərə və
mənfəətə malik deyil?
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
Kövsər Tağıyev:
Məgər onlar bu heykəlin onların sözlərinə cavab vermədiyini, onlardan heç bir zərəri dəf edə bilməyəcəyini və onlara heç bir xeyir verə bilməyəcəyini görmürlərmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar görmürdülərmi ki, o,onlara bir cavab vermir, onlara nə zərər, nə də xeyir yetirə bilir?
Sabirə Dünyamalıyeva:
-Yaxşı, bəs onlar görmürlər ki, qızıl onlara heç bir sözlə cavab verə bilmir; onlara bir zərər və ya bir fayda verməyə gücü çatmır!-