Əlixan Musayev:
Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan (özünüzə) dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.
Bünyadov-Məmmədəliyev:
Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!
Elmir Quliyev
:
Они хотят, чтобы вы стали неверующими, подобно им, и чтобы вы оказались равны. Посему не берите их себе в помощники и друзья, пока они не переселятся на пути Аллаха. Если же они отвернутся, то хватайте их и убивайте, где бы вы их ни обнаружили. Не берите себе из них ни покровителей, ни помощников.
Ələddin Sultanov:
Onlar sizin də özləri kimi kafir olmağınızı istədilər ki, beləcə (onlarla) eyni olasınız. Ona görə də Allah yolunda hicrət edənə qədər onlardan (heç birini) özünüzə dost tutmayın! Əgər üz çevirsələr, onları yaxalayın və harada görsəniz öldürün! Onlardan özünüzə nə dost, nə də köməkçi tutun!
Kerbelayi Malik ağa:
Onlar özləri kimi inkar etməyinizi (kafir olmağınızı) və beləcə onlarla eyni səviyyədə olmağınızı istəyərlər. Artıq onlar Allah yolunda hicrət edənə qədər onlardan dost tutmayın. Bundan sonra əgər üz çevirsələr, o təqdirdə onları harada görsəniz tutun və onları öldürün. Onlardan yardımçı və dost tutmayın.
Ələsgər Musayev:
İstəyirlər kafir olasınız, nə qədər kafir
olublar və olarsınız bərabəri. Onlardan dost götürməyin, ta
Allah yolunda hicrət edələr. Əgər üz döndərsələr, tutun onları
və döyüşün harada tapsanız onları! Və götürməyin onlardan
dost və yardımçı!
A.Mehdiyev və D.Cəfərli:
(Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və köməkçi götürməyin.
Kövsər Tağıyev:
Arzu etdilər ki, özləri küfrə düşdükləri kimi siz də küfrə düşəsiniz ki, bərabər olasınız. Bu səbəblə onlar Allah yolunda hicrət edənə qədər onlardan dost tutmayın. Əgər bundan üz döndərsələr, onları yaxalayın və tutduğunuz yerdə öldürün. Onlardan nə bir dost tutun, nə də bir yardımçı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sizin də özləri kimi küfr etmənizi və onlara tay olmanızı istəyirlər. Onlar Allah yolunda hicrət etməyincə onları özünüzə yaxın tutmayın! Əgər (hicrətdən) imtina etsələr, onları harada tapsanız, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə bir köməkçi tutun!
Sabirə Dünyamalıyeva:
Münafiqlər, özləri Allahın məbud və rəbb olduğuna inanmadıqları kimi, sizin də inanmamağınızı, beləliklə, onlarla bərabər olmağınızı arzu etdilər. Ona görə, onlar Allah yolunda yurdlarından hicrət edənə qədər onlardan [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər bundan üz döndərsələr, sizinlə aralarında əhd olan bir tayfaya sığınan kəslər yaxud sizinlə və ya öz qövmlərilə döyüşməkdən ürəkləri sıxılaraq sizin yanınıza gələnlər istisna olmaqla, onları tutun və harada görsəniz öldürün; onlardan [özünüzə] bir yaxın və bir köməkçi tutmayın.