Əraf Surəsi 89. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq (bir şey) deyildir. Rəb-bimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə camaatımız arasında ədalətlə hökm ver. Axı Sən, hökm verənlərin ən yaxşısısan.
Bünyadov-Məmmədəliyev:
Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”
Elmir Quliyev :
Мы возведем навет на Аллаха, если вернемся в вашу религию после того, как Аллах спас нас от нее. Не бывать тому, чтобы мы вернулись в вашу религию, если только этого не пожелает Аллах, наш Господь. Наш Господь объемлет знанием всякую вещь. Мы уповаем только на Аллаха. Господь наш! Рассуди между нами и нашим народом по справедливости, ведь Ты Наилучший из судей".
Ələddin Sultanov:
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
Kerbelayi Malik ağa:
‘Allah bizi ondan qurtardıqdan sonra, sizin millətinizə dönsək Allaha yalan ilə iftira atmış olarıq. Rəbbimizin diləməsi xaric, bizim oraya geri dönməyimiz ola bilməz. Rəbbimiz elmiylə hər şeyi əhatə etmişdir. Allaha təvəkkül etdik. Rəbbimiz, qövmümüz ilə bizim aramızı haqq ilə (ayır). Sən fəth edənlərin (fatehlərin, hökm verənlərin) ən xeyirlisisən.’
Ələsgər Musayev:
Əlbəttə, biz iftira etmiş olarıq yalanı Allahın üzərinə, əgər sizin millətinizə dönsək, ondan sonra ki, Allah bizə nicat verdi ondan. Bizə olmaz ona dönmək, əgər ki, Rəbbimiz Allah istəyə. Elmi ilə Rəbbimiz hər şeyi ehtiva etmişdir. Biz Allaha təvəkkül etdik. Rəbbimiz! Zəfər ver bizimlə qoumumuz arasında haqq ilə Sən xeyirli zəfər verənsən!»
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah bizə sizin dininizdən nicat verdikdən sonra, biz ona daxil olsaq (Allahın şərikinin olmasını desək), şübhəsiz, Allaha qarşı yalan uydurmuş olarıq. Bizə, Rəbbimizin istəməsi istisna olmaqla (ki, əlbəttə Rəbbimiz heç vaxt istəməyəcəkdir,) sizin dininizə daxil olmaq yaraşmaz. Bizim Rəbbimiz elm agahlıq baxımından hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq əsasında hökm çıxar (ixtilafı) həll et ki, sən hakim həll edənlərin ən yaxşısısan».
Kövsər Tağıyev:
“Allah bizi sizin dininizdən qurtardıqdan sonra əgər yenidən o dinə qayıtsaq, şübhəsiz ki, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəmədikcə, sizin dininizə dönən deyilik. Rəbbimiz hər şeyi elmi ilə əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında haqq ilə hökm ver. Çünki sən hökm verənlərin ən xeyirlisisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah bizi sizin etiqaddan xilas etdikdən sonra biz yenidən ona qayıtmış olsaq Allaha qarşı yalan uydurmuş olarıq. Əgər Rəbbimiz olan Allah istəmədikçə ona qayıtmamız bizim üçün olacaq şey deyildir. Rəbbimiz Öz biliyi ilə hər şeyi əhatə edir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə camaatımız arasında haqq ilə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan!"
Sabirə Dünyamalıyeva:
Allah bizi ondan xilas etdikdən sonra yenidən sizin dininizə/həyat tərzinizə qayıtsaq, həqiqətən Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın istəyi olmasa, ona geri qayıtmağımız bizim üçün mümkün deyil. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz sadəcə Allaha arxayın olub söykənirik." -Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Çünkü Sən, hökm verənlərin ən xeyirlisisən!-