Hud Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid nankor olar.
Bünyadov-Məmmədəliyev:
Əgər insana Özümüzdən bir nemət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, məyus (ümidsiz) nankor olar.
Elmir Quliyev :
Если Мы дадим человеку вкусить милость, а потом отберем это, то он отчаивается и становится неблагодарным.
Ələddin Sultanov:
Əgər tərəfimizdən insana bir mərhəmət (nemət səhhət) daddırsaq sonra bunu ondan çəkib alsaq, həqiqətən, o, ümidsiz nankor olar.
Kerbelayi Malik ağa:
İnsana tərəfimizdən bir rəhmət daddırsaq, sonra onu ondan çəkib alsaq, şübhəsiz ki, o, tamamilə ümidsiz bir nankor (kafir) olar.
Ələsgər Musayev:
Əgər insana Öz rəhmətimizdən dadızdıraq, sonra ondan alaq onu, həqiqətən, o, məyus olub küfr edər!
A.Mehdiyev və D.Cəfərli:
şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid (keçmiş nemətlərə görə) nankordur.
Kövsər Tağıyev:
Əgər insana tərəfimizdən bir rəhmət (nemət) daddırsaq, sonra bunu ondan alsaq, şübhəsiz, o, ümidsiz nankor olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz insana Özümüzdən bir nemət dadızdırıb, sonra ondan geri alarıqsa, həqiqətən, o tez ümidsizliyə qapanıb naşükür olar.
Sabirə Dünyamalıyeva:
əgər, başqa insana, tərəfimizdən bir mərhəmət daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz o, ümidsiz, çox nankor olar.