Rəd Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) qeybi aşkarı Biləndir, Böyükdür, Ucadır.
Bünyadov-Məmmədəliyev:
O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)
Elmir Quliyev :
Он Ведающий сокровенное и явное, Большой, Превознесшийся.
Ələddin Sultanov:
Allah qeybi də, aşkarı da biləndir, böyükdür, ucadır!
Kerbelayi Malik ağa:
Görünən görünməyəni (qeybi) bilir. Böyükdür, Alidir (Ucadır).
Ələsgər Musayev:
Qeybə aşkara Alimdir, böyük Mütəaldır.
A.Mehdiyev və D.Cəfərli:
Gizlini aşkarı biləndir O, hər bir şeydən vəsfdən böyük üstündür.
Kövsər Tağıyev:
O, qeybi görünən aləmi biləndir, çox böyükdür, çox ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
O, qeybi aşkarı biləndir, böyükdür, hər şeydən ucadır.
Sabirə Dünyamalıyeva:
Allah, görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi aşkarda olanı biləndir, çox böyükdür, ucalardan ucadır.