Əlixan Musayev:
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”
Elmir Quliyev
:
Воистину, Мы ниспослали Напоминание, и Мы оберегаем его.
Ələddin Sultanov:
Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq! (Bu ayə açıq bir şəkildə göstərir ki, Qurani-Kərim Allahın himayəsi altındadır və ən kiçik bir dəyişikliyə məruz qalmadan qiyamətə qədər qorunub saxlanılacaqdır.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Zikri (Qurani Kərimi) Biz endirdik. Onun qoruyucuları da mütləq Bizik.
Ələsgər Musayev:
Həqiqətən, Biz endirmişik zikri
və həqiqətən, Biz onun üçün mühafizik.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.
Kövsər Tağıyev:
Şübhəsiz, o zikri (Qur`anı) biz endirdik. Onun qoruyucusu da, əlbəttə, bizik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bu Zikri nazil etdik və Biz də onu qoruyacağıq.
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz Biz, o Öyüdü/Quranı Biz nazil etdik, Biz. Və həqiqətən Biz, onun üçün mühafizəçiyik.[#219]