Əlixan Musayev:
Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.
Bünyadov-Məmmədəliyev:
Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı.
Elmir Quliyev
:
Аллах указывает на прямой путь, но есть дороги, которые уводят в сторону. Если бы Аллах пожелал, то Он вас всех наставил бы на прямой путь.
Ələddin Sultanov:
Doğru yolu göstərmək Allaha məxsusdur. Yolun əyrisi də vardır. Əgər O diləsəydi, əlbəttə, sizin hamınızı doğru yola yönəldərdi.
Kerbelayi Malik ağa:
Səbillərin (dərgahlardan Sirati Müstəqimə gedən bütün yolların yəni mürşidlərin) təyini Allahın üzərinədir. Ondan sapanlar vardır. Əgər O, diləsəydi sizin hamınızı hidayətə ərdirərdi.
Ələsgər Musayev:
Düz yola hidayət etmək Allahın öhtəsinədir və ondan geri
çəkilənlər var. Əgər O istəsəydi, hidayət edərdi sizi cəmiyyən.
A.Mehdiyev və D.Cəfərli:
Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).
Kövsər Tağıyev:
Doğru yolu göstərmək Allaha aiddir. Yolun əyri olanı da var. Allah istəsəydi, hamınızı doğru yola yönəldərdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Düz yola yönəltmək Allahın öhdəsindədir. Yolların isə əyrisi də vardır. Əgər Allah istəsəydi, hamınıza düz yol göstərərdi.
Sabirə Dünyamalıyeva:
Yolun doğrusunu [göstərmək] yalnız Allaha aiddir. Yolun əyrisi də vardır. Və əgər Allah istəsəydi, sizi hamılıqla doğru yola yönləndirərdi.