Məryəm Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü sən heç bir şey deyilkən xəlq etmişdim!”»
Bünyadov-Məmmədəliyev:
(Allah Cəbrailin dili ilə buyurdu: ) ”Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!”
Elmir Quliyev :
Он сказал: "Все так и будет! Господь твой сказал: “Это для Меня легко, ведь прежде Я сотворил тебя самого, хотя тебя вообще не было”".
Ələddin Sultanov:
O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.
Kerbelayi Malik ağa:
(Mələk) dedi: ‘Elədir. Sənin Rəbbin buyurdu: ‘Bu mənim üçün asandır. Daha əvvəl sən heç bir şey deyilkən səni Mən yaratmışdım’.
Ələsgər Musayev:
Dedi: «Belə buyurdu Rəbbin: «O Mənim üçün çox asandır. Mən səni xəlq etdim bundan qabaq sən bir şey deyildin!»
A.Mehdiyev və D.Cəfərli:
(Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu Mənim üçün asandır həqiqətən səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur.
Kövsər Tağıyev:
(Vəhy mələyi) dedi ki: “Bəli, elədir. (Ancaq) Rəbbin deyir ki, bu, mənim üçün asandır. Necə ki, daha əvvəl heç bir şey deyilkən səni yaratdım”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Bax, bu belədir!" Sənin Rəbbin belə buyurmuşdur: "Bu, mənim üçün asan bir işdir. Sən əvvəllər yox ikən Mən ki səni yaratdım".
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Elədir! Rəbbin buyurdu ki, "Bu, Mənim üçün asandır. Bundan əvvəl sən heç bir şey olmadığın halda, Mən səni yaratmışdım."