Furqan Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Gör sənə aid hansı məsəlləri çəkdilər! Onlar (haqq yoldan) azdılar bir daha o yolu tapa bilməyəcəklər!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar bir daha (haqqa) yol tapa bilməzlər!
Elmir Quliyev :
Посмотри, как они приводят тебе притчи! Они впали в заблуждение и не могут найти дороги.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Sənin barəndə bax necə misallar çəkdilər! Onlar artıq (haqq yoldan) azmışlar (haqqa gedən) yolu tapa bilməzlər.
Kerbelayi Malik ağa:
Bax gör! Sənə necə misallar verdilər. Beləcə dəlalətdə qaldılar. Artıq hidayət yolunu tapa bilməzlər.
Ələsgər Musayev:
Nəzər sal necə sənə məsəl vururlar zəlil olublar yol tapa bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Gör sənin üçün necə məsəllər çəkdilər sifətlər dedilər, beləliklə (Peyğəmbərin peyğəmbərliyin tanınmasında) yollarını azdılar onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Gör sənin haqqında necə misallar çəkib (haqq yoldan) azdılar. Daha onlar doğru yolu tapa bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Gör bir onlar səni nəyə bənzətdilər! Onlar yoldan azdılar daha bir yol tapa bilməzlər.
Sabirə Dünyamalıyeva:
Gör sənin üçün necə misallar çəkirlər! Artıq onlar yollarını azanlardır, heç bir yol tapmaq iqtidarında da deyillər.