Əlixan Musayev:
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər. Onlar (əkinçilik məqsədilə) torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.
Elmir Quliyev
:
Неужели они не странствовали по земле и не видели, каким был конец тех, кто был до них? Они превосходили их силой, возделывали землю и отстраивали ее лучше, чем это делают они (мекканские язычники). Их посланники приносили им ясные знамения. Аллах не был несправедлив к ним — они сами поступили несправедливо по отношению к себе.
Ələddin Sultanov:
Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox abadlaşdırırdılar. Onların peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi. Əksinə, onlar özlərinə zülm edirdilər.
Kerbelayi Malik ağa:
Onlar yer üzündə gəzib dolaşmırlarmı ki, onlardan əvvəlkilərin aqibətinin necə olduğuna baxıb görsünlər? Qüvvət baxımından onlardan daha güclü idilər və yeri (torpağı) alt-üst etmişdilər. Onların abad etdiklərindən daha çox abad etmişdilər. Onların rəsulları onlara bəyyinələrlə (isbat vasitələri və dəlillərlə) gəlmişdi. Allah onlara zülm etmirdi və lakin onlar öz nəfslərinə zülm edirdilər.
Ələsgər Musayev:
Ə, ərzdə seyr etmirlərmi, nəzər salsınlar necə oldu aqibəti o
kəslərin ki, onlardan qabaq var idilər? Şiddətli idi qüvvələri
onlardan və ərzdə əsərləri. Əkin ərazilərində bunlardan çox
qabaq idilər. Gəldi onlara rəsulları bəyanatlarla. Olmadı Allah
onlara zülm edən və lakin onlar öz nəfslərinə zülm edənlər
oldular!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar yer üzündə gəzib – dolanmadılarmı ki, görsünlər onlardan öncəkilərin aqibəti necə olmuşdur? Onlar bunlardan daha qüvvətli idilər və torpağı (əkinçilik, bağçılıq və s. üçün) şumlamış və bunların abad etdiklərindən çox abad etmişdilər. Peyğəmbərləri onlara (tovhid, peyğəmbərlik və məad barədə) aydın dəlillər gətirdilər, (lakin inkar və təkziblərinin cəzası olaraq məhv oldular), beləliklə Allah onlara zülm edən deyildi. Lakin onlar özləri-özlərinə zülm edirdilər.
Kövsər Tağıyev:
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan daha qüvvətli idilər. Onlar yer üzünü əkib becərmiş və oranı bunların abad etdiyindən daha çox abad etmişdilər. Onlara da peyğəmbərləri açıq-aydın dəlillər gətirmişdi. Allah onlara əsla zülm etmirdi. Lakin onlar özləri özlərinə zülm edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar yer üzünü gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görməzlərmi? Axı onlar bunlardan da güclü idilər, torpağı işləyərək onu bunlardan daha çox abad etmişdilər. Peyğəmbərlər onlara aydın dəlillər gətirmişdilər. Allah onlara zülm edən deyildi, lakin özləri özlərinə zülm etdilər.
Sabirə Dünyamalıyeva:
Onlar, yer üzündə gəzib-dolanaraq, özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmırlarmı? Onlar özlərindən daha güclü idilər; yer üzünü qazıb altını üstünə çevirmişdilər, yer üzünü onlardan daha çox abad etmişdilər. Elçiləri onlara neçə-neçə açıq-aşkar dəlil gətirmişdi. O halda, Allah onlara haqsızlıq edəsi deyildi, lakin onlar şirk qoşaraq özlərinə haqsızlıq edirdilər.