Əlixan Musayev:
sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!
Bünyadov-Məmmədəliyev:
Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!
Elmir Quliyev
:
затем придал ему соразмерный облик, вдохнул в него от Своего духа и даровал вам слух, зрение и сердца. Но как мала ваша благодарность!
Ələddin Sultanov:
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz! (Bir qisim təfsirçilərə görə, “Allahın Öz ruhundan üfürməsi” yaratdığı ruhu insana verməsi kimi başa düşülməlidir.)
Kerbelayi Malik ağa:
Sonra Allah onu dizayn etdi və onun içinə (fizik vücudun içinə) ruhundan üfürdü və sizlər üçün səmi (eşitmə xassəsi), bəsər (görmə xassəsi) və fuad (idrak etmə hassəsi) yaratdı. Nə qədər az şükür edirsiniz.
Ələsgər Musayev:
Sonra ona surət verdi və üfürdü ona Öz ruhundan. Və etdi sizin
üçün qulaq və göz və könül. Çox az təşəkkür edirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükr edirsiniz.
Kövsər Tağıyev:
Sonra ona surət verib ruhundan ona üfürdü. Sizin üçün eşitmə, görmə və idrak duyğularını yaratdı. Nə qədər də az şükür edirsiniz!
M.Qənioğlu və T.Bilaloğlu:
sonra da ona (insan) şəkli verərək Öz ruhundan ona üfürüb nəfəs verən və sizin üçün qulaq, göz və ürəkləri yaradan Odur. Siz necə də az şükr edirsiniz.
Sabirə Dünyamalıyeva:
Sonra onu düzəldib ona surət verdi və ona elm verdi. Sizin üçün də qulaq, gözlər və könüllər yaratdı. Sahib olduğunuz nemətlərin əvəzini necə də az ödəyirsiniz!