Əhzab Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, (düşmən) ordusu sizin üstünüzə (hücuma )keçmişdi, Biz onların üstünə külək görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin etdiyinizi görür.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin etdiyinizi görürdü.
Elmir Quliyev :
О те, которые уверовали! Помните милость Аллаха, которая была оказана вам, когда воины выступили против вас. Мы наслали на них ветер и воинов, которых вы не видели. Аллах видит то, что вы совершаете.
Ələddin Sultanov:
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz onların üstünə külək görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Hicrətin beşinci ilində Qüreyş Qətəfan qəbilələri birləşərək Mədinəyə hücum etmişdilər. Mədinədə müsəlmanlarla müttəfiq olan Bəni-Qüreyzə qəbiləsi isə xəyanət edərək düşmənlərin tərəfinə keçmişdi. Xəndək müharibəsi adlanan bu döyüşdən müsəlmanlar qalib çıxmışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə olunur.)
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Allahın sizin üzərinizdəki nemətini xatırlayın. Sizin üzərinizə ordular gəlmişdi. O zaman onların üzərinə külək sizin görə bilmədiyiniz ordular göndərdik. Allah etdiyiniz şeyləri görəndir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Yad edin Allahın sizin üzərinizə olan nemətini, onda gəldi sizin üzərinizə qoşun. Biz göndərdik üzərinə onların külək qoşun, hansı ki, siz onu görmürdünüz. Oldu Allah ilə ki, əməldəsiniz, Bəsir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq güclü) külək sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir vaxt (düşmən) ordular üstünüzə gəlmişdi, Biz onların üzərinə bir külək görmədiyiniz ordular göndərmişdik. Allah etdiklərinizi haqqı ilə görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Üzərinizə qoşun gələn vaxt Allahın sizə etdiyi yaxşılığı xatırlayın. O zaman Biz onların üzərinə külək sizin görmədiyiniz bir qoşun göndərmişdik. Allah sizin etdiklərinizi görürdü.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın sizə olan nemətini xatırlayın. Bir vaxt sizin üstünüzə ordular gəlmişdi, Biz onların üstünə bir külək sizin görmədiyiniz ordular göndərmişdik. Allah, işlədiyin əməlləri görəndir.