Səba Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar göydə yerdə qarşılarına arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib (Allaha) qayıdan hər bir qul üçün ibrət vardır.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar başlarının üstündəki göyü ayaqlarının altındakı yeri görmürlərmi? (Yer göy onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər). Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!
Elmir Quliyev :
Неужели они не видят того, что перед ними и что позади них на небе и на земле? Если Мы пожелаем, то заставим землю поглотить их или же низринем на них кусок неба. Воистину, в этом знамение для каждого раскаивающегося раба.
Ələddin Sultanov:
Onlar göydə yerdə önlərinə arxalarına baxmırlarmı? Əgər istəsək, onları yerə batırar, yaxud onların üstünə göydən (əzab) parçaları yağdırarıq. Həqiqətən, tövbə edib Rəbbinə yönələn hər bəndə üçün bunda bir ibrət vardır.
Kerbelayi Malik ağa:
Məgər yerin göylərin önlərində arxalarında olan (hissələrini) görmürlərmi? Əgər istəsək, onları yerə batırarıq ya göydən onların üzərinə parçalar endirərik. Şübhəsiz ki, bunda münib olan (Allaha yönələn Ona təslim olmağı diləyərək beləcə Ona) qul olan hər kəs üçün ayə (ibrət) vardır.
Ələsgər Musayev:
Ə, onlar görmədilərmi, önlərində arxalarında səmadan ərzdən olanları? Əgər Biz istəsək məcbur edərik ərzə udsun onları, yaxud səmadan bir bölük onların başlarına salarıq. Həqiqətən, bunda ayətlər var külli qayıdan bəndələr üçün!
A.Mehdiyev və D.Cəfərli:
Məgər önlərində arxalarında olana, göyə yerə baxmadılarmı? Əgər istəsək onları yerə batırar, yaxud göy (cisimlərinin) parçalarını onların başlarına tökərik! Həqiqətən, bunda (Bizim bu vüsət qüdrətimizdə) hər bir tövbəkar Allaha tərəf qayıdan hər bir bəndə üçün (tovhid peyğəmbərlərin doğruluğuna dair) bir nişanə vardır.
Kövsər Tağıyev:
Onlar önlərindəki arxalarındakı (onları dörd bir tərəfdən əhatə edən) göyə yerə baxmadılarmı? Əgər istəsək, onları yerə batırar ya göydən onların üstünə parçalar endirərik. Rəbbinə yönələn hər bir qul üçün bunda bir ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar başları üstündəki göyü ayaqları altındakı yeri görmürlərmi? Əgər Biz istəsək, onları yerə gömərik ya onların üzərinə göydən parçalar salarıq. Həqiqətən, tövbə edən hər bir bəndə üçün bunda ibrət vardır.
Sabirə Dünyamalıyeva:
Yaxşı, onlar göydən yerdən önlərində arxalarında olan şeylərə bir baxmırlarmı? Biz istəsək onları yerə batırarq. Yaxud göydən onların üstünə bir parça salarıq. Şübhəsiz ki, bunda yönələn/haqqa könül verən hər qul üçün bir işarət/nişan var.