Əlixan Musayev:
De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və (bütləri) Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!
Elmir Quliyev
:
Скажи: "Неужели вы не веруете в Того, Кто создал землю за два дня, и равняете с Ним других? Он же — Господь миров.
Ələddin Sultanov:
De: “Siz yer üzünü iki gündə yaradanı inkar edib Ona şəriklər qoşursunuz?! O, aləmlərin Rəbbidir.
Kerbelayi Malik ağa:
De ki: ‘Həqiqətən siz yeri iki gündə yaradanımı inkar edirsiniz? Ona şəriklərmi qoşursunuz? O, aləmlərin Rəbbidir.’
Ələsgər Musayev:
De: «Ə, siz kafir
olursunuz O kəsə ki, Odur ki, xəlq etdi ərzi iki gündə və Ona
tay edirsiniz? Bu Rəbbidir aləmlərin!
A.Mehdiyev və D.Cəfərli:
De: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!»
Kövsər Tağıyev:
De ki: “Siz yeri iki gündə (iki mərhələdə) yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O, aləmlərin Rəbbidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Məgər siz yeri ikicə günə yaradana inanmırsınız və (başqalarını) Ona tay edirsiniz? O, aləmlərin Rəbbidir!
Sabirə Dünyamalıyeva:
De ki: "Siz yer üzünü iki mərhələdə əmələ gətirəni həqiqətən də örtüb gizləyəcəksinizmi/[Ona] inanmayacaqsınızmı? Bir də Ona tay tutursunuz! O, aləmlərin Rəbbidir."