Əlixan Musayev:
Onlar özlərinə (Allahdan) başqa himayəçilər götürdülər. Hərçənd ki, Himayədar ancaq Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar (müşriklər) özlərinə Allahdan başqa hamilər götürdülər. İxtiyar sahibi ancaq Odur. Ölüləri O dirildir. Hər şeyə O qadirdir!
Elmir Quliyev
:
Неужели они взяли себе покровителей и помощников вместо Него? Аллах является Покровителем. Он оживляет мертвых, и Он способен на всё.
Ələddin Sultanov:
Yoxsa onlar özlərinə Allahdan başqalarınımı himayədar götürdülər?! Halbuki əsil himayədar Allahdır. Ölüləri də O dirildir. O, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Yoxsa özlərinə Ondan başqa dostlarmı tutdular? Halbuki əsl dost Allahdır. O, ölüləri dirildər. O, hər şeyə qadirdir.
Ələsgər Musayev:
Yoxsa götürdülər Ondan başqa dost?
Allah – O Vəlidir. O dirildir ölüləri. O üzərində külli şeyin
Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.
Kövsər Tağıyev:
Yoxsa onlar Allahdan başqa dostlar tutdular. Halbuki həqiqi dost Allahdır. O, ölüləri dirildər. O, hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar Onu qoyub başqalarını özlərinə himayəçilər götürürlər? Axı Allahdır himayəçi; O, ölüləri dirildir, O, hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Yoxsa Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlarmı qəbul edirlər? Bax budur, Allah köməkçi, yol göstərici, qoruyucu yaxının məhz özüdür. Və O, ölüləri dirildər və O, hər şeyə gücü çatandır.