Zuxruf Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər sən onlardan: “Göyləri yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli Bilən (Allah) yaratmışdır!”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri yeri kim yaratmışdır?” deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” deyə cavab verəcəklər.
Elmir Quliyev :
Если ты спросишь их: "Кто сотворил небеса и землю?" они непременно скажут: "Их сотворил Могущественный, Знающий".
Ələddin Sultanov:
Əgər onlardan: “Göyləri yeri kim yaratmışdır?” - deyə soruşsan, əlbəttə: “Onları qüdrətli hər şeyi bilən Allah yaratmışdır!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlara: ‘Göyləri yeri kim yaratdı?’ deyə soruşsan, mütləq: ‘Onları Əziz Alim (Allah) yaratdı.’ deyərlər.
Ələsgər Musayev:
Əgər onlardan sual etsən: «Kim xəlq edib səmaları ərzi?». Deyərlər: «Xəlq edib onları Əziz, Alim!»
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, əgər onlardan (Məkkə müşriklərindən) «göyləri yeri kim yaradıb» (deyə) soruşsan, mütləq «onları həmin qüdrətli bilən (Allah) yaratmışdır» deyəcəklər. (Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması rübubiyyətdə şirkə düçar olmuşdular.)
Kövsər Tağıyev:
And olsun, onlardan: “Göyləri yeri kim yaratdı?” deyə soruşsan, mütləq: “Onları mütləq güc sahibi, haqqı ilə bilən (Allah) yaratdı”, deyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
And olsun ki, onlardan göyləri yeri kim yaradıb deyə soruşsan, əlbəttə: "Onları qüdrətli, hər şeyi bilən (Allah) yaratmışdır". - deyəcəklər.
Sabirə Dünyamalıyeva:
heç şübhəsiz, əgər sən onlardan: "Göyləri yeri kim əmələ gətirdi?" deyə soruşsan, mütləq: "Onları ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, çox yaxşı bilən əmələ gətirdi" deyəcəklər.