Əhqaf Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə sizə üz verəcəyini bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”
Bünyadov-Məmmədəliyev:
De: “Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə sizinlə edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə cəza veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
Elmir Quliyev :
Скажи: не являюсь первым из посланников и не знаю, что произойдет со мной и с вами. Я следую только тому, что внушается мне в откровении. Я всего лишь разъясняющий и предостерегающий увещеватель".
Ələddin Sultanov:
De: “İlk peyğəmbər mən deyiləm. Onun (Allahın) mənə sizə edəcəyini bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”.
Kerbelayi Malik ağa:
‘Mən digər rəsullardan fərqli bir (bidət) ortaya çıxartmış birisi deyiləm.’ de. Mənə sizə ediləcəyini bilmərəm. Mən yalnız vəhy edilənə tabe oluram. Mən ancaq açıq-aşkar bir nəzirəm.
Ələsgər Musayev:
De: «Mən yeni deyiləm rəsullardan mən bilmirəm ki, mənimlə sizin işiniz olacaqdır. Mən ancaq tabe oluram ki, vəhy olunur mənə mən ancaq nəzərə çatdıranam aşkar!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən (Allahın) elçilərin(in) içərisindən (peyğəmbərlik, kitab möcüzə iddiası edən) birinci (adam) deyiləm (gələcəkdə dünya axirət işlərində) mənimlə sizinlə ediləcəyini bilmirəm. Mən yalnız mənə vəhy edilənə tabeyəm yalnız aşkar qorxudanam.»
Kövsər Tağıyev:
De ki: “Mən törəmə bir peyğəmbər deyiləm. Mənə sizə olacağını da bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən sadəcə açıq-aşkar bir xəbərdar edənəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən peyğəmbərlərdən ilki deyiləm. Mənə sizə üz verəcəyini bilmirəm. Mən ancaq mənə vəhy olunanın ardınca gedirəm mən aşkar bir öyüd-nəsihətçidən başqa bir kimsə deyiləm."
Sabirə Dünyamalıyeva:
De ki: "Mən elçilərin ilki deyiləm. mən, mənə sizə olacağını bilmirəm. Mən yalnız mənə Vəhy edilənə tabe oluram. mən yalnız açıq-aşkar xəbərdarlıq edən biriyəm."