Məhəmməd Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı.
Bünyadov-Məmmədəliyev:
Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Quranı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi.
Elmir Quliyev :
Это потому, что они возненавидели ниспосланное Аллахом, и Он сделал тщетными их деяния!
Ələddin Sultanov:
Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. Buna görə Allah onların əməllərini puça çıxardı.
Kerbelayi Malik ağa:
Bu ona görədir ki, Allahın nazil etdiyini bəyənmədilər. Beləcə (Allah) onların əməllərini puça çıxartdı.
Ələsgər Musayev:
Bu, ondan ötrüdür ki, onlar kərahətli idilər ki, nazil edib Allah O məhv edər onların əməllərini.
A.Mehdiyev və D.Cəfərli:
Bunun səbəbi onların Allahın nazil etdiyini (vəhy, Qur’an dini) xoşlamamalarıdır. Beləliklə Allah onların əməllərini (dünyadakı təsirləri axirət mükafatı baxımından) puç batil etdi.
Kövsər Tağıyev:
Bu, ona görədir ki, onlar Allahın endirdiyini bəyənmədilər bu səbəblə Allah onların əməllərini boşa çıxardı.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, ona görədir ki, onlar Allahın nazil etdiyini bəyənməyib inkar etdilər, O da onların əməllərini boşa çıxartdı.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, bu ona görədir ki, onlar Allahın nazil etdiyini bəyənmədilər. Artıq, Allah da onların əməllərini puç etdi.