Hucurat Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir.
Bünyadov-Məmmədəliyev:
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!
Elmir Quliyev :
Если две группы верующих сражаются между собой, то примирите их. Если же одна из них притесняет другую, то сражайтесь против той, которая притесняет, пока она не вернется к повелению Аллаха. Когда же она вернется, то примирите их по справедливости и будьте беспристрастны. Воистину, Аллах любит беспристрастных.
Ələddin Sultanov:
Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
Kerbelayi Malik ağa:
Əgər möminlərdən iki qrup savaşsalar, o zaman ikisinin arasını düzəldin. Lakin əgər ikisindən biri digərinə təcavüz edərsə, o təqdirdə təcavüzkarla Allahın əmrinə dönənə qədər savaşın. Bundan sonra əgər dönərsə, beləcə ikisinin arasını ədalətlə düzəldin, (onlarla) ədalətli davranın (digərinə zülm etməyin). Şübhəsiz ki, Allah ədalətlə davrananları sevər.
Ələsgər Musayev:
Əgər iki tayfa inananlardan döyüşürsə, islah edin aralarında onların. Əgər onlardan biri o birisinə qarşı zor edərsə, onda döyüşün, hansı ki, zor edibdir, ta Allahın əmrinə tərəf qayıtsın. Əgər qayıdarsa, islah edin aralarında onların ədalətlə insaflı olun, həqiqətən, Allah sevir insaflıları!
A.Mehdiyev və D.Cəfərli:
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə əgər qayıtsa onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir.
Kövsər Tağıyev:
Əgər iman edənlərdən iki dəstə bir-biriləri ilə savaşsalar, aralarını düzəldin. Əgər biri digərinə qarşı həddi aşarsa, Allahın əmrinə dönənə qədər həddi aşan tərəfə qarşı savaşın. Əgər (Allahın əmrinə) dönərsə, artıq aralarını ədalətlə düzəldin (onlara qarşı) ədalətli davranın. Çünki Allah ədalətli davrananları sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər möminlərdən iki dəstə bir-birilə vuruşarsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz edərsə, Allahın əmrinə [haqqa] dönənə qədər təcavüz edənlə vuruşun. Əgər o dönərsə, onları ədalətlə barışdırın insaflı olun. Axı Allah insaflıları sevir!
Sabirə Dünyamalıyeva:
əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşdurulsa, dərhal onların arasını düzəldin. Əgər biri o birinin üzərinə hücum etsə, Allahın əmrinə qayıdana qədər hücum edən tərəflə döyüşün. Sonra da hücum edən əgər dönsə, aralarında ədalətlə sülhü bərqərar edin haqqaniyetle hərəkət edin. Şübhəsiz ki, Allah haqqaniyetle görənləri sevər.