Zariyat Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ondan (Qurandan Peyğəmbərdən) dönən kimsə döndərilər.
Bünyadov-Məmmədəliyev:
Ondan (Qurandan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qurandan Peyğəmbərdən elə o dönər!)
Elmir Quliyev :
Отвращен от него (Мухаммада или Корана) тот, кто был отвращен.
Ələddin Sultanov:
(Qurandan) dönən kimsə ondan döndərilər.
Kerbelayi Malik ağa:
Döndərilmiş olan kimsə ondan döndərilir.
Ələsgər Musayev:
Döndü ondan o kəs ki, dönəndi
A.Mehdiyev və D.Cəfərli:
Ondan (Peyğəmbərdən onun Qur’anından bütün xeyir səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən Qur’andan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
Kövsər Tağıyev:
Ondan (peyğəmbərdən) dönən dönmüş olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Sözə gedən kəs ondan [haqdan] aldadılıb döndərilər.
Sabirə Dünyamalıyeva:
Müxtəlif qərardan çevrilən kəs, çevrilər.