Mümtahinə Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.
Bünyadov-Məmmədəliyev:
Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
Elmir Quliyev :
Аллах запрещает вам дружить только с теми, которые сражались с вами из-за религии, выгоняли вас из ваших жилищ и способствовали вашему изгнанию. А те, которые берут их себе в помощники и друзья, являются беззаконниками.
Ələddin Sultanov:
Ancaq Allah sizinlə din uğrunda vuruşanları, sizi yurdunuzdan çıxardanları sizi (yurdunuzdan) çıxartmalarına yardım edənləri özünüzə dost tutmağınızı qadağan edir. Kim onları özünə dost tutarsa, onlar əsil zalımlardır.
Kerbelayi Malik ağa:
Lakin Allah din uğrunda sizinlə savaşmış sizi yurdunuzdan çıxartmış sizin çıxarılmağınıza yardım etmiş kəslərlə dostluq etməyinizi qadağan edər. Kim onlarla dostluq etsə, o zaman onlar zalımlardır.
Ələsgər Musayev:
Həqiqətən, Allah nəhy edir sizi dost tutmayasınız o kəslərdən ki, sizinlə dində döyüşürlər sizi öz diyarınızdan xaric edirlər sizin xaric olunmanızda bir-birinə arxa kömək olurlar. Kim onları dost tutarsa həmin onlar zalimlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Allah din barəsində sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan sizi çıxarmaq üçün bir-birinə kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. kim onlarla dostluq etsə, məhz belə şəxslər (əsl) zalımlardır.
Kövsər Tağıyev:
Allah sizə sadəcə sizinlə din barəsində savaşan, sizi yurdlarınızdan çıxaran çıxarılmağınız üçün dəstək verənləri dost tutmağı qadağan edər. Kim onları dost tutarsa, onlar məhz zalımlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dinlə əlaqədar sizinlə vuruşan, sizi öz diyarınızdan qovub çıxaran çıxarılmanıza kömək edənləri dost tutmağı sizə qadağan edir. Kim onları dost tutarsa onlar haqsızlıq edənlərdir.
Sabirə Dünyamalıyeva:
Allah, ancaq sizi, sizinlə din barədə döyüşən, sizi yurdunuzdan çıxaran çıxarmaq üçün köməkləşən kəsləri özünüzə qəyyum tutmağı [himayəçi, nəzarətçi, idarəçi etməyi] qadağan edər. Kim onları özünə qəyyum etsə, bax məhz onlar, səhv; öz zərərinə olan əməli işləyənlərdir.