Münafiqun Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! mallarınız, övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! mal-dövlətiniz, oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
Elmir Quliyev :
О те, которые уверовали! Пусть ваше имущество и ваши дети не отвлекают вас от поминания Аллаха. А те, которые поступают таким образом, окажутся потерпевшими убыток.
Ələddin Sultanov:
Ey iman gətirənlər, mallarınız övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Mallarınız övladlarınız sizi Allahın zikrindən yayındırmasın. Kim bunu etsə, o təqdirdə onlar hüsranda olanlardır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Yayındırmasın sizi malınız övladınız Allahı yad etməkdən. Kim belə fəaliyyət etsə həmin onlar xəsarətdə olanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, mal-dövlətiniz övladlarınız sizi Allah zikrindən yayındırmasın! kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Mallarınız övladlarınız sizi Allahı zikr etməkdən yayındırmasın. Kim bunu etsə, onlar məhz ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, qoy mal-dövlətiniz övladlarınız sizi Allahı zikr etməkdən qoymasın! Kim bunu edərsə, demək onlar ziyana düşənlərdir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Mal-dövlətiniz oğul-uşağınız sizi Allahı yad etməkdən yayındırmasın. Kim belə etsə, bax onlar məhz zərərə, ziyana məruz qalıb əzab çəkənlərdir.