Əlixan Musayev:
O gün (Allah) sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir.
Bünyadov-Məmmədəliyev:
Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün – məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev
:
В тот день Он соберет вас для Дня сбора. Это будет День взаимного обделения. Тем, кто уверовал в Аллаха и поступал праведно, Он простит злодеяния и введет их в Райские сады, в которых текут реки. Они пребудут там вечно. Это — великое преуспеяние!
Ələddin Sultanov:
Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!
Kerbelayi Malik ağa:
Sizi toplanma günü üçün bir yerə toplayacağı gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman edər və saleh əməl (nəfsi islahedici əməl) işlərsə, onun günahlarını örtər. Orada əbədi qalmaq üzərə altından çaylar axan cənnətlərə qoyar. Bu fevz-ül əzimdir (böyük qurtuluşdur).
Ələsgər Musayev:
O gün cəm edər sizi cəm olma günü üçün. Bu,
qarşılıqlı aldanma günüdür. Kim inandı Allah ilə və saleh
əməl etdi, O örtər onun pisliklərinin üstünü və daxil edər onu
bağlara – cari olur altından onun nəhrlər həmişəlik orada əbədi.
Bu, əzəmətli müvəffəqiyyətdir!
A.Mehdiyev və D.Cəfərli:
Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!
Kövsər Tağıyev:
Toplanma vaxtı üçün Allahın sizi toplayacağı günü düşün. O gün aldanma günüdür. Kim Allaha inanar və saleh əməl işlərsə, Allah onun pisliklərini örtər və onu içindən çaylar axan, əbədi qalacaqları cənnətlərə qoyar. Bax bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allahın) sizi məhşər ayağına toplayacağı gün aldanmaların (üzə çıxacağı) gündür. Kim əməlisaleh olub Allaha iman gətirərsə onun pisliklərini örtər və onu dibindən çaylar axan əbədi qalacağı cənnət bağları içərisinə daxil edər. Bu, böyük uğurdur.
Sabirə Dünyamalıyeva:
Cəm olunma günü üçün sizi cəm edəcəyi gündə - bax o gün qarşılıqlı aldatma/aldatılma günüdür; kimin kimi aldatdığının meydana çıxdığı gündür- kim Allaha inansa və saleh əməl işləsə, Allah onun pisliklərini örtər və onu, içində əbədi qalmaq üçün altlarından çaylar axan cənnətlərə daxil edər. Bax bu, böyük qurtuluşdur.